ABŞ Dövlət Departamentinin CBS telekanalına verdiyi məlumata görə, dövlət katibi Marko Rubionun Münhenə uçan təyyarəsi texniki nasazlığa görə Vaşinqtondakı Endryus Hərbi Hava Qüvvələri bazasına yönləndirilib.
Dövlət Departamentinin sözçüsü Tammy Bruce, “Katib Almaniya və Yaxın Şərqə səfərini ayrı təyyarə ilə davam etdirmək niyyətində olduğunu” deyib.
Associated Press-in məlumatına görə, problem dəyişdirilmiş Boeing 757-nin C-32 kokpitinin qabaq şüşəsində baş verib.
//Samir Qurbanov, Editor.az