ABŞ dövlət katibi müavininin başçılıq etdiyi nümayəndə heyəti İrəvana gəlirbackend

ABŞ dövlət katibi müavininin başçılıq etdiyi nümayəndə heyəti İrəvana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn həftənin əvvəlində ABŞ dövlət katibinin müavini Riçard Vermanın başçılıq etdiyi ilk ABŞ nümayəndə heyəti İrəvana gələcək.

Editor.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir. Verma ilə birlikdə Amerikanın beş ştatının – Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya ştatlarının rəsmiləri də Ermənistan paytaxtına gəlməlidirlər. Burada onların özəl və dövlət sektorunun nümayəndələri ilə danışıqlar aparması, həmçinin yerli ictimai təşkilatlarla əlaqə saxlaması, həmçinin baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşü gözlənilir.

Amerika nümayəndə heyətinin qarşıdan gələn üç günlük səfəri ABŞ-ın Ermənistanla əlaqələri daha da gücləndirmək niyyətini əks etdirir.

//Samir Qurbanov, Editor.az