ABŞ dövlət katibi NATO müttəfiqlərinə səslənibbackend

ABŞ dövlət katibi NATO müttəfiqlərinə səslənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton NATO-nun Haaqada keçiriləcək sammitində tərəfdaşlarından hərbi blok çərçivəsində öhdəliklərini artıracaqlarını gözləyir.

Editor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ-ın mühüm töhfələr verdiyini və dəstəyini davam etdirməyi planlaşdırdığını vurğulayan Tramp həmçinin müttəfiqlərini öz imkanlarını gücləndirməyə çağırıb. O, NATO-nun “əsl ittifaq” olması lazım olduğunu deyib.

“İlk növbədə, Ukraynadakı müharibə, mənim fikrimcə, bu qitədə bir çox insanı real təhlükələrə, real müharibəyə oyatdı. İkinci səbəb isə, fikrimcə, prezident Trampın təzyiqləri və bəyanatlarıdır. Ümid edirik ki, liderlərin Haaqada görüşəndə ​​bu istiqamətdə daha güclü öhdəlikləri olacaq”, – o yazıb.

//Gülnarə Abasova, Editor.az