ABŞ Dövlət Katibi Rubio: “Bəzi NATO ölkələri 40 ildir müdafiəyə pul xərcləmir, belə davam edə bilməz”backend

ABŞ Dövlət Katibi Rubio: “Bəzi NATO ölkələri 40 ildir müdafiəyə pul xərcləmir, belə davam edə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio bəzi NATO müttəfiqlərinin 40 ildir müdafiə ehtiyacları üçün vəsait köçürmədiyini və Vaşinqtonun artıq bu ölkələrə subsidiya verə bilməyəcəyini vurğulayıb.

Editor.az xəbər verir ki, bunu Rubio Fox News-a müsahibəsində deyib. O, Vaşinqtonun NATO-dakı hərbi vəziyyətdən narazı olduğunu vurğulayıb.

“NATO-nu təhdid edən tək şey NATO müttəfiqlərimizin demək olar ki, heç bir silahlı qüvvələrinin olmaması və ya qoşunlarının çox təsirli olmamasıdır. Çünki onlar bu sahəyə heç bir pul xərcləmədən 40 il sərf ediblər”,- deyib.

Sözügedən müttəfiqlər arasında Qərbi Avropadan zəngin ölkələrin olmasının narahatlıq doğurduğunu qeyd edən Rubio deyib: “Onların kifayət qədər qaynaqları var və bunu öz milli təhlükəsizliklərinə yatırmalıdırlar. Ancaq bunu etmirlər. İqtisadiyyatlarının yalnız 1-1,5 faizini xərcləyirlər”.

ABŞ-ın mövcud şərtlər daxilində digər ölkələrə subsidiya verməyə davam edə bilməyəcəyini vurğulayan Rubio yaranan vəziyyətin ədalətli və davamlı olmadığını vurğulayıb. ABŞ prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda (WEF) etdiyi çıxışında NATO ölkələrindən müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırmağı tələb edəcəyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az