Rusiya və Ukrayna arasında danışıqlar ictimaiyyətə açıqlanmayacaq.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio ABC telekanalında bildirib.
Rubio praqmatizmə qayıtmağa və bu hərbi münaqişənin həlli üçün bütün diplomatik səyləri davam etdirməyə çağırıb: “Müharibə bitməlidir və biz onun sabit və davamlı olması üçün mümkün olan hər şeyi edəcəyik”. Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə təmaslarının çox tezliklə baş tutacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, hazırda Ağ Ev Kiyevə silah tədarükü məsələsini araşdırır. Tramp həmçinin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ona sülhə nail olmaq istəyinin “çox ciddi” olduğunu deyib.
//Gülnarə Abasova, Editor.az

