ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçi İrəvanda Armen Qriqoryanla nələri müzakirə edib?backend

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçi İrəvanda Armen Qriqoryanla nələri müzakirə edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Huk İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Respublika Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Qriqoryan strateji tərəfdaşlıq çərçivəsində birgə işin davam etdirilməsinin vacibliyini bildirib.

Huk və Qriqoryan regional təhlükəsizliyi də müzakirə ediblər. Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Ermənistan-Azərbaycan nizamlanmasından danışıb və sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayıb. Öz növbəsində köməkçinin müavini Cənubi Qafqazda təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Vaşinqton və İrəvan arasında gələcək sıx əməkdaşlığa ümid etdiyini bildirib.

Daha əvvəl bildirilmişdi ki, Huk Dövlət Departamentinin Avropa və Avrasiya üzrə baş müşaviri Uayt Telke ilə birlikdə Azərbaycana səfərə gəlib və rəsmi şəxslərlə görüşəcək.

//Samir Qurbanov, Editor.az