ABŞ dövlət katibinin müavini Kiyevə gəlibbackend

ABŞ dövlət katibinin müavini Kiyevə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 16-da ABŞ dövlət katibinin müavini Vendi Şermanın, Baydenin milli təhlükəsizlik üzrə müşavirinin müavini Yon Faynerin və ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalın başçılıq etdiyi Amerika nümayəndə heyəti Kiyevə gəlib.

Editor.az bildirir ki, Şerman bu barədə Twitter-də məlumat verib. Amerika nümayəndə heyəti digər məsələlərlə yanaşı, müdafiə naziri Aleksey Reznikov, baş nazirin müavini Aleksandr Kubrakov, “Ukrenergo”nun baş direktoru Vladimir Kudritski, baş nazir Denis Şmıqal və Prezident Aparatının sədri Andriy Yermakla görüşüb.

Görüşlər zamanı təhlükəsizlik, iqtisadi, enerji və humanitar yardım məsələləri müzakirə olunub. Dövlət Departamentinin saytında qeyd olunub ki, Kiyevə səfərdən əvvəl nümayəndə heyəti Ukraynaya hərbi yardımı artırmaq üçün Almaniya və Polşaya səfər edib.

 //Samir Qurbanov,Editor.az