ABŞ dövlət katibinin müavini Nuland Yunanıstanda Türkiyəni tərifləyibbackend

ABŞ dövlət katibinin müavini Nuland Yunanıstanda Türkiyəni tərifləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftənin əvvəlində Türkiyədə olan ABŞ dövlət katibinin müşaviri Viktoriya Nuland əvvəlcə Yunanıstana, oradan da Kiprə gedib.

Editor.az “Hürriyət” qəzətinə istinadən xəbər verir ki, Nuland Afinada Yunanıstanın “Kathimerini” qəzetinə verdiyi müsahibədə prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna böhranının həlli istiqamətindəki səylərini yüksək qiymətləndirib.

“Ərdoğanın həm Rusiya lideri Putin, həm də Ukrayna lideri Zelenski ilə münasibətləri diplomatik danışıqlar üçün təhlükəsiz məkan yaradır. Eyni zamanda, Türkiyənin Ukraynaya yüksək texnologiyalı silahlar verməsini yüksək qiymətləndiririk.”-deyə Nuland bildirib.

Daha sonra Viktoriya Nuland Şimali Kipr prezidenti Ersin Tatar və Cənubi kipr lideri Nikos Anastasiadis ilə ayrı-ayrılıqda görüşüb.

O yunanlardan əllərindəki rus silahlarını Ukraynaya vermək üçün təminat ala bilməyib.

//Editor.az