ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Kiyevə səfər edib.
Editor.az bildirir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink deyib. Xanım Brink X sosial şəbəkəsində onların birgə fotosunu yerləşdirərək yazıb: “Bu gün biz hökumət rəhbərliyi, veteranlar və vətəndaş cəmiyyəti ilə görüşərək Ukraynada Rusiya təcavüzünə qalib gəlmək üçün birgə öhdəliyimizi vurğulayacağıq”. Xanım Nuland sonuncu dəfə 2022-ci ilin dekabrında Kiyevə səfər edib.
Sonra o, Ukraynanın enerji infrastrukturuna hücumları qəbuledilməz adlandırıb. Dövlət katibinin müavini həmçinin bildirib ki, ABŞ Ukraynanın Krımdakı hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyir.
//Samir Qurbanov, Editor.az

