ABŞ dronları Krım səmasındabackend

ABŞ dronları Krım səmasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Müdafiə Nazirliyi işğal altındakı Krım yaxınlığında Amerikanın pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün döyüş təyyarələri qaldırdıqlarını bildirib.

Editor.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, dünən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 “Reaper” və RQ-4 “Global Hawk” pilotsuz təyyarələri Qara dənizin cənub-qərb hissəsi üzərində hava kəşfiyyatı həyata keçirib.

Cavab olaraq iki döyüş qırıcısı havaya qaldırılıb. “Hava Hücumundan Müdafiə Qüvvələrinin növbətçi qüvvələrinin hərəkətləri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat pilotsuz uçuş aparatları uçuş istiqamətini dəyişərək hava kəşfiyyatı rayonlarını tərk edib”, – məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az