ABŞ dünyada gizli və “ən güclü” bir silaha malikdir – prezident Donald Trampbackend

ABŞ dünyada gizli və “ən güclü” bir silaha malikdir – prezident Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp ABŞ-ın dünyada gizli və “ən güclü” silaha malik olduğunu bildirib. Onun sözlərinə görə, əvvəllər heç kim belə bir şeylə qarşılaşmayıb.

“Bu, bizim dünyanın ən güclü silahıdır, mövcud silahların hamısından güclüdür”, – Tramp heç bir təfərrüat vermədən deyib.

Qeyd edək ki, aprelin 8-də Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə ABŞ-ın müdafiə büdcəsini 1 trilyon dollara çatdırdığını açıqlamışdı: “Heç kim belə bir şey görməyib və biz ordumuzu gücləndirməliyik” dedi cənab Tramp. O əlavə edib ki, ABŞ güclü olmalıdır, çünki hazırda dünyada “bir çox pis qüvvələr” var.

//Samir Qurbanov, Editor.az