ABŞ eksperti Bremmer: NATO liderləri Baydenin seçkilərdə qalib gələcəyinə inanmırlarbackend

ABŞ eksperti Bremmer: NATO liderləri Baydenin seçkilərdə qalib gələcəyinə inanmırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Eurasia Group konsaltinq şirkətinin prezidenti Yan Bremmer bəyan edib ki, NATO-nun Vaşinqtonda keçirilən sammitinin iştirakçıları ABŞ prezidenti Co Baydenin vəziyyətindən son dərəcə narahatdırlar və onun noyabrda keçiriləcək seçkilərdə qalib gələ biləcəyinə inanmırlar.

Editor.az xəbər verir ki, bu barədə o, MSNBC televiziyasına danışıb.

“NATO liderləri Baydenin daha dörd il işləyə biləcəyini düşünmürlər. Mən sammit iştirakçılarından eşitdim ki, o, daha 4 il prezident postunu tutmaq bir yana, daha 4 ay effektiv seçki kampaniyası apara bilməyəcək”,- deyə Bremmer bildirib.

Bremmer dünya liderlərindən mətbuata sızan məlumatlara istinad edərək sammitdə çıxış etmək fürsəti əldə etdiyi liderlərin Baydenin ruhi sağlamlığının pisləşdiyi üçün yenidən seçilmə şansının çox aşağı olduğuna inandığını söyləyib. Xüsusilə ABŞ-ın blokdakı kritik roluna görə NATO üzvlərinin Baydenin vəziyyətindən narahat olduğunu ifadə edən ekspert bəyan edib ki, müttəfiqlər ABŞ-ın alyansdakı iştirakını azaltmaq istəyən Donald Trump-ın ABŞ-ın ittifaqda iştirakını azaltmaq niyyətində olmasından ehtiyat edirlər: ” Baydenin vəziyyətindən son dərəcə narahat olduqlarını söyləyirlərsə, bu, onlar üçün milli təhlükəsizlik məsələsidir”.

//Gülnarə Abasova, Editor.az