ABŞ erməniləri təxribata hazırlaşır – 27 yanvarda…backend

ABŞ erməniləri təxribata hazırlaşır – 27 yanvarda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ erməniləri Azərbaycana qarşı növbəti təxribatlara hazırlaşırlar.

Editor.az musavat.com-a istinadən bildirir ki, Azərbaycanın Qarabağ ermənilərinə qarşı guya “təcavüzünə” cavab olaraq, bir sıra qeyri-hökumət təşkilatları və fəallar “Qarabağı xilas edirik” koalisiyasının yaradılmasını elan edəcəklər. Təəssüf doğuran budur ki, saxtakar ermənilərin bu, sərsəm iddialarının elan olunması üçün ABŞ Konqresi məkan olaraq seçilib. Belə ki, anti-Azərbaycan qüvvələr koalisiyanı elan etmək üçün yanvarın 27-də ABŞ-ın Konqres binasına toplaşacaqlar.

Erməni mediasının məlumatına görə, koalisiyaya Konqres üzvləri, erməni icmasının nümayəndələri, ictimai təşkilatlar və Artsax ermənilərinin taleyindən narahat olan dini liderlər daxil olacaq.

Laçın yolunda ekofəallarımızın dinc aksiyasını “genosid” kimi təqdim edənlər həmin gün, 27 yanvarda saat 14.00-da Azərbaycanın Vaşinqtondakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirəcəklərini də elan ediblər. Bundan əvvəl ayrı-ayrı ölkələrdə Azərbaycan səfirlikləri qarşısında keçirilən aksiyalarda olduğu kimi, Vaşinqtondakı səfirliyimiz qarşısında da təxribatlara əl atlılması istisna deyil.