ABŞ Ermənistanı dəstəkləyirmiş kimi görünməklə öz maraqlarını güdür”-ŞƏRHbackend

“ABŞ Ermənistanı dəstəkləyirmiş kimi görünməklə öz maraqlarını güdür”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ dövləti özünü dünyanın təhlükəsizliyindən məsul bilir və bunu öz dövlət maraqları səviyyəsində həll edir. Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı reallıqlar tək bu regionla deyil, bütün dünyada ABŞ-ın bu siyasətinə mane olur. Məsələ ondadır ki, Azərbaycan dünyanın hegemon güclərinin iradəsinə əks olaraq öz müttəfiqləri, xüsusən də, qardaş Türkiyə ilə birlikdə öz problemini həll edib. Bu da dünyada ABŞ-ın məntiqinə görə elə bir president yaradır ki, bu kimi problemləri olan ölkələr də heç kimə baxmadan öz problemlərini bu yolla həll etməyə qalxa bilərlər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloqun sözlərinə görə, ABŞ Azərbaycana müəyyən təzyiqlər etməklə son nəticədə Azərbaycan-Ermənistan məsələsinə nöqtə qoyacaq prosesdə aktiv söz sahibi olmaq, hətta öz iradəsini yeritməklə şərtlər daxilində prosesi sonlandırmaq istəyir ki, yenə də itirilmiş imicini bərpa edə bilsin:

” Çalışır ki, sülh müqaviləsi hətta Qərbin iştirakı ilə bağlansın. Əslində sülhün harda bağlanmasının Azərbaycan üçün elə də bir fərqi yoxdur. Amma bu sülh Azərbaycanın şərtləri daxilində bağlanmalıdır. Burda Azərbaycan xoş məram göstərib hansısa güzəştə gedərsə, bu, qarşı tərəfin qazancı olar. ABŞ təbii ki, Ermənistanı dəstəkləyirmiş kimi görünməklə öz maraqlarını güdür. Ermənistan həmişəki kimi burda alətdir. Azərbaycan da əslində ABŞ-la qarşıdurmaya getməkdə maraqlı deyil. Son hadisələr buna misaldır. Hesab edirəm ki, Azərbaycan nə edəcəyini yaxşı bilir. ABŞ-ın maraqlarını da hesaba alır. İki ölkə arasında münasibətlər həmişə enişli-çıxışlı olsa da, əsas strateji xətt müttəfiqlik yolu olub ki, bunun davam edəcəyinə şübhəmiz yoxdur”.

//Gülnarə Abasova, Editor.az