ABŞ Dövlət Departamenti bildirib ki, ölkə hakimiyyəti Ermənistanın nüvə sahəsində əməkdaşlığa dair “123 sazişi”nə qoşulmaq üçün müraciətini öyrənir.
Təsdiqlənsə, İrəvan atom elektrik stansiyalarının layihələndirilməsi və tikintisi üçün Amerika texnologiyalarını alacaq: “ABŞ hökuməti danışıqlar prosesinin təfərrüatlarını paylaşmır, lakin Dövlət Departamenti Ermənistanın “123 sazişi”nə qoşulmaq istəyinə lazımi diqqət yetirir… ABŞ Ermənistanla mülki nüvə əməkdaşlığını dərinləşdirmək imkanını alqışlayır”, – Dövlət Departamenti CivilNet-in sualına şərhində bildirib.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə SSRİ-də tikilmiş Metsamor AES-ni əvəz edəcək yeni atom elektrik stansiyası yaranmalıdır. Paşinyanın sözlərinə görə, İrəvan bu mövzuda Moskva, Vaşinqton və Seulla danışıqlar aparıb.
//Samir Qurbanov, Editor.az