ABŞ əsgərləri İsraillə birlikdə Qəzzaya girəcək-İDDİAbackend

ABŞ əsgərləri İsraillə birlikdə Qəzzaya girəcək-İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailə dəstək üçün bölgəyə döyüş gəmisi və sursat dolu təyyarə göndərən ABŞ bu yardımları bir qədər də artırmağa hazırlaşır.
Editor.az xarici mediaya istinadən bildirir ki, Amerika mətbuatında bu barədə qeyd edilib.
Məlumata görə, Pentaqon HƏMAS-ın əlində olan girovları xilas etmək üçün bölgəyə xüsusi bölmələr yerləşdirməyə hazırlaşır.
HƏMAS-ın 150-dən çox israillini girov götürdüyü və Qəzzaya qaçırılanlar arasında təxminən 20 amerikalının olduğu təxmin edilir.
İddialara görə, Avropadakı bazalarda yerləşdirilən Amerika xüsusi təyinatlıları artıq döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bildirilib ki, əmr gələrsə, qoşunlar saatlar ərzində İsraildə əməliyyata başlaya bilərlər.
Onu da qeyd edək ki, HƏMAS hücumlarından sonra bir qrup amerikalı ekspert kəşfiyyat məlumatlarını bölüşmək və mümkün girovların xilas edilməsi əməliyyatını planlaşdırmaq üçün İsrailə gedib.

//Safura Bənnayeva, Editor.az