ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Sarı dənizdə qəzaya uğrayıb. Xilas olmağı bacarıb.
Editor.az Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə istinadən bildirir ki, təyyarə Seuldan 178 kilometr cənubda yerləşən Qunsan aviabazasından havaya qalxdıqdan sonra suya düşüb.
Qırıcı təlim uçuşu edirmiş. Pilotun vəziyyəti ilə bağlı məlumat verilməyib.
//Samir Qurbanov, Editor.az

