“ABŞ Fələstin dövlətinin yaradılmasında maraqlı deyil”-ŞƏRHbackend

“ABŞ Fələstin dövlətinin yaradılmasında maraqlı deyil”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail-Fələstin münaqişəsi İsrailin Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları fonunda davam edir və müharibənin bitməsi hələ ki, ehtimal olunmur”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı şərh verərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, müharibənin arxasında ABŞ dayanır və əsas planda Qəzzanı HƏMAS-ın hakimiyyətindən almaq dayanır:

“Ümumilikdə ABŞ-ın əsas strateji planı İranın verdiyi dəstəyi məhv etmək idi. HƏMAS isə planın başlıca hədəfinə çevrildi. Hesab edirəm ki, İsrail-Fələstin münaqişəsində bu il ərzində müsbətə doğru irəliləyişlər olmayacaq. Fələstinin bir dövlət kimi tanınması istiqamətində danışıqların aparılması da gözlənilmir. Çünki ABŞ hələ Fələstin dövlətinin yaradılmasında maraqlı deyil.

Təbii ki, HƏMAS nəticədə Qəzzadan tamamilə çıxarılacaq, hərbi infrastrukturu darmadağın ediləcək. Bununla da Qəzzada hakimiyyəti İsrail ələ alacaq”.

//Səbinə Hüseynli, Editor.az