ABŞ Finlandiya ilə nüvə enerjisi sahəsində əməkdaşlıq edəcəkbackend

ABŞ Finlandiya ilə nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Helsinki və Vaşinqton nüvə enerjisi haqqında saziş imzalayıblar.

Editor.az xəbər verir ki, bu barədə Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyinin mətbuat xidmətindən bildirilib. Agentliyin məlumatına görə, Finlandiya və ABŞ arasında saziş iki ölkə arasında əməkdaşlığın inkişafına, xüsusilə nüvə enerjisi texnologiyaları, eləcə də nüvə tullantılarının idarə edilməsi və onların son utilizasiyası məsələlərinə yönəldiləcək. Bundan əlavə, yeni nüvə reaktorlarının tikintisi texnologiyalarının öyrəniləcəyi də bildirilir.

Nazirliyin bəyanatında bildirirlir ki, “Əməkdaşlıq mövzuları … tədqiqat, təkmilləşdirmə və innovasiyalar, layihələrin inkişafı, qabaqcıl təcrübələr, istedadların, təcrübə və kadrların inkişafı, yanacaq təchizatı ola bilər”. Xatırladaq ki, bu il aprelin 11-də Rusiyanın “Rosatom” şirkəti Finlandiyadan atom elektrik stansiyasının (AES) tikintisi üzrə müqaviləyə xitam verilməsi ilə əlaqədar 920,5 milyon avronun qaytarılmasını, habelə onun səhmlərinin dəyərinin ödənilməsini tələb edib.

  //Samir Qurbanov,Editor.az