ABŞ dövlət katibi Entoni Blinken Gürcüstan hökumətinə 95 milyon dollardan çox məbləğdə maliyyə yardımının dayandırıldığını bəyan edib.
“Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları Avropa İttifaqı və NATO-ya üzvlük normaları ilə bir araya sığmır”, – Entoni Blinken bildirib. Blinken aydınlaşdırdı ki, Birləşmiş Ştatlar “Gürcüstan xalqının xeyrinə olan” proqramları və fəaliyyətləri dəstəkləməyə davam edəcəyini vəd edir.
Söhbət müstəqil medianın, iqtisadiyyatın və demokratiyanın inkişafı ilə məşğul olan təşkilatlardan gedir. Dövlət katibinin sözlərinə görə, Gürcüstanla 32 il ərzində diplomatik əlaqələr quran Vaşinqton Tbilisiyə 6,2 milyard dollardan çox vəsait ayırıb.
//Samir Qurbanov, Editor.az

