ABŞ Gürcüstana qarşı məhdudiyyətləri genişləndirirbackend

ABŞ Gürcüstana qarşı məhdudiyyətləri genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökumət üzvləri, parlament üzvləri və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 20 Gürcüstan vətəndaşına viza məhdudiyyəti tətbiq edib.

Editor.az xəbər verir ki, bu barədə Amerika Dövlət Departamenti məlumat yayıb. Dövlət katibi Entoni Blinken bundan əvvəl Vaşinqtonun davam edən etirazlara görə Tbilisiyə qarşı əlavə tədbirlər, o cümlədən sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlamışdı.

“Gürcü arzusu”nun ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarına görə noyabrın 28-dən başlayaraq hər axşam Tbilisinin mərkəzində mitinqlər keçirilir. Etiraz aksiyaları etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma ilə müşayiət olunub: birincilər pirotexniki vasitələrdən, onlara qarşı isə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.

Dekabrın 5-də Ukrayna həmçinin hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili, baş nazir İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze də daxil olmaqla 19 Gürcüstan vətəndaşına qarşı sanksiya tətbiq edib.

//Samir Qurbanov, Editor.az