ABŞ Gürcüstana qarşı sanksiyalar paketi hazırlayırbackend

ABŞ Gürcüstana qarşı sanksiyalar paketi hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Vaşinqtonda xarici agentlər haqqında qanunun qəbuluna cavabdeh olan gürcü siyasətçilərinə qarşı sanksiyalar haqqında qanun layihəsi tətbiq oluna bilər.

Editor.az “Politico”ya istinadən xəbər verir ki, sanksiyalara dair qanun layihəsi hesabların dondurulmasını, Gürcüstan rəhbərliyinə Amerika vizalarına qadağa qoyulmasını, habelə onların ailələrinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

Bundan əlavə, etirazların dağıdılması ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinə qarşı da məhdudiyyətlər nəzərdə tutulub. Mayın 20-də sənəd ABŞ təqdim oluna bilər.

//Samir Qurbanov, Editor.az