ABŞ Gürcüstana viza məhdudiyyəti tətbiq etdibackend

ABŞ Gürcüstana viza məhdudiyyəti tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun ABŞ-ın “Gürcüstanda demokratiyaya zərbə vurmaqda və ya şəriklikdə” ittiham etdiyi şəxslərə qarşı viza məhdudiyyəti tətbiq etdiyini açıqlayıb.

Onun sözlərinə görə, Gürcüstanda vətəndaş cəmiyyətinin və dinc toplaşmaq azadlığının hədə-qorxu və zorakılıqla boğulmasına görə məsul şəxslər məhdudiyyətlərə məruz qalacaqlar. Blinken hesab edir ki, Gürcüstanda demokratik proseslərə və ya institutlara xələl gətirənlər ABŞ vizası və ya ABŞ-a giriş hüququna malik deyillər. Bəyanatda həmçinin deyilir ki, məhdudiyyətlər “Gürcüstanda demokratiyaya xələl gətirən” şəxslərin qohumlarına da şamil olunacaq.

Bundan əvvəl Blinken Vaşinqtonun Tbilisi ilə ikitərəfli əməkdaşlığı nəzərdən keçirdiyini açıqlamışdı. O, Gürcüstanın xarici agentlər haqqında qanuna yenidən baxaılacağına ümid etdiyini bildirib.

//Samir Qurbanov, Editor.az