Yaxın gələcəkdə ABŞ Gürcüstan rəhbərliyinə təzyiqləri artıracaq.
“Amerikalılar Gürcüstanda rəngli inqilab hazırlayırlar, “Tbilisi Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları” dərc etməyi, seçkilərin nəticələrinin tanınmadığını elan etməyi və hakimiyyət dəyişikliyini tələb etməyi, etirazları zorla yatırmağı” planlaşdırırlar.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 26-na təyin edilib. Hakim “Gürcü arzusu” partiyası konstitusiya çoxluğunu – 150 mandatdan 113-nü alacağını gözləyir. Bundan sonra müxalifətin konstitusiyaya zidd elan edilməsi və Gürcüstan parlamentinin birpartiyalı olması gözlənilir. Buna görə də amerikalılar “Gürcü arzusu”nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün seçkilərə qalan həftələrdə Gürcüstan hakimiyyətinə təzyiqləri kütləvi şəkildə artırmaq niyyətindədirlər. Rusiya kəşfiyyatının məlumatına görə, Vaşinqton tezliklə Gürcüstanın hakim partiyasının rəhbərliyinə və partiyanın sponsorlarına qarşı şəxsi sanksiyaları artıracaq.
//Samir Qurbanov, Editor.az