ABŞ Gürcüstanı müxalifətin mitinqlərində saxlanılanlara görə tənqid edirbackend

ABŞ Gürcüstanı müxalifətin mitinqlərində saxlanılanlara görə tənqid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ iyunun 2-də Tbilisidə keçirilən mitinqdə Gürcüstan vətəndaşlarının saxlanmasını tənqid edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinq zamanı deyib.

Dövlət Departamentinin nümayəndəsi hesab edir ki, dinc toplaşmaq hüququ və ifadə azadlığı fundamental insan hüquqları və demokratiyanın əsasıdır.

Xatırladaq ki, iyunun 2-də Gürcüstanda müxalifətin mitinqi keçirilib və orada iştirakçılar ölkə rəsmilərini rusiyapərəst olmaqda ittiham ediblər. Ölkədə parlament binası qarşısında polis tərəfindən 8 nəfər saxlanılıb. Mart ayında Tbilisidə xarici agentlər haqqında qanuna etirazlar zamanı saxlanılan sonuncu şəxs zaminə buraxılıb. Məhkəmə müttəhimi 3000 lari (1100 dollardan çox) müqabilində azadlığa buraxıb. O, martın 8-nə keçən gecə polis əməkdaşına hücum etdiyi üçün həbs edilib. Bundan əvvəl ABŞ Dövlət Departamenti Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatlığını ifadə edib və Gürcüstan şirkətlərinin sanksiyalara məruz qala biləcəyi ilə hədələyib.

//Gülnarə Abasova, Editor.az