ABŞ həqiqətən də Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə ölkə prezidenti Co Baydenin Nyu-Yorkda keçirilən ənənəvi qəbulunda iştirak etmək dəvətini geri götürüb.
Müvafiq məlumatı respublika parlamentinin rəhbəri də təsdiqləyib.
“Onlar ertəsi gün göndərdikləri dəvəti geri götürdülər”, – Şalva Papuaşvili deyib. Bundan əvvəl KİV-lər ABŞ-ın Gürcüstan rəhbərliyinin anti-demokratik davranışı və bir sıra addımlar, o cümlədən xarici agentlər haqqında qalmaqallı qanunun qəbulu səbəbindən dəvəti geri götürmək qərarına gəldiyini yazıb.
//Samir Qurbanov, Editor.az