ABŞ Haitinin keçmiş prezidentinin qətli üzrə 18 təqsirləndirilən şəxsi ekstradisiya edibbackend

ABŞ Haitinin keçmiş prezidentinin qətli üzrə 18 təqsirləndirilən şəxsi ekstradisiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Haitidən keçmiş prezident Jovenel Moizin qətli işi üzrə 18 nəfəri ekstradisiya edib. Təqsirləndirilən şəxslər hərbi təyyarə ilə ABŞ-ın Florida ştatına gətirilib.

Editor.az xəbər verir ki, bu barədə Florida Cənub Dairəsinin prokuroru Ceyson Redinq Kinyones məlumat verib. 

Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslərin ABŞ yurisdiksiyasına verilməsi Moizin qətli ilə bağlı istintaqın növbəti mərhələsidir. ABŞ hakimiyyəti hadisənin maliyyələşdirilməsi, təşkil olunması və icrasında iştirak etdiyi ehtimal edilən digər şəxslərin də müəyyənləşdirilməsi istiqamətində araşdırmanı davam etdirmək niyyətindədir. 

Ümumilikdə ABŞ hakimiyyəti Moizin qətli işi üzrə 30 nəfərə ittiham irəli sürüb. Qeyd olunur ki, may ayında Floridada andlılar məhkəməsi dörd nəfəri təqsirli bilib. Daha əvvəl isə ən azı beş nəfər təqsirini etiraf edib və ömürlük həbs cəzasına məhkum olunub. 

Jovenel Moiz 2021-ci ilin iyulunda Port-o-Prens şəhərindəki iqamətgahında öldürülüb. Hücum zamanı onun həyat yoldaşı Martin Moiz də yaralanaraq Mayamiyə aparılıb. O, daha sonra hücum edənlərin prezident və ailəsini öldürməklə Moizin siyasi layihələrinin həyata keçirilməsinə mane olmaq niyyətində olduğunu bildirib. Bu iddia onun açıqlamasına əsaslanır. 

Moizin öldürülməsindən sonra Haitidə siyasi və sosial böhran daha da dərinləşib. Ölkədə dövlət institutlarının zəifləməsi fonunda silahlı qrupların təsir dairəsi genişlənib. 

//Gülnarə Abasova, Editor.az