ABŞ hakimiyyəti Rusiyanın məhdudiyyətlərdən yan keçməsinə kömək etdiyinə görə Türkiyəyə xəbərdar edibbackend

ABŞ hakimiyyəti Rusiyanın məhdudiyyətlərdən yan keçməsinə kömək etdiyinə görə Türkiyəyə xəbərdar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti Türkiyə hökumətini və ölkənin özəl sektorunu Rusiyanın ona qarşı məhdudiyyətlərdən yan keçməsinə kömək etdiyinə görə sanksiyaların “çox real riski” barədə xəbərdar edib.

Editor.az bu barədə “The Wall Street Journal” (WSJ) Qərb diplomatları arasındakı mənbəsinə istinadən yazıb. Nəşrə görə, Vaşinqton bu məsələdə Türkiyə hakimiyyəti ilə dialoqu davam etdirir və türk şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməli olacağı ssenaridən qaçmağa ümid edir.

Nəşr qeyd edir ki, ABŞ sanksiya qadağasına düşən Amerika elektronikasının Türkiyə vasitəsilə Rusiyaya çatdırılması və silah daşıdığı iddia edilən sanksiyalara məruz qalan Rusiya gəmilərinin Türkiyə limanlarına üz tutması barədə məlumatlara malikdir.

Bundan başqa, Türkiyədə Asiya ölkələrinə neft daşıyan Rusiyanın “kölgə donanması” fəaliyyət göstərir və o, “G7” ölkələrinin müəyyən edilmiş qiymət həddini pozur. WSJ vurğulayır ki, “kölgə donanmasının” potensial operatorlarından biri Türkiyənin “Beks Ship Management” şirkəti ola bilər.

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra o, donanmasını xeyli genişləndirib və mövcudluğunu gücləndirib. Şirkət neft tankerləri də daxil olmaqla 500 milyon dollardan çox 37 gəmini əldə edərək, donanmasının dəyərini 10 dəfə artırıb.

“Beks Ship Management” hazırda Rusiyadan gələn vəsaitlər istisna olmaqla, Fransa, Çin, Yaponiya, Tayvan və Avstraliyadakı banklar vasitəsilə gəmilərin alınmasını maliyyələşdirərək ümumi dəyəri 782,61 milyon dollar olan 41 gəmiyə sahibdir.

Amerika hakimiyyəti Türkiyəni Rusiyaya qarşı məhdudiyyətlərə əməl etməyə çalışır, eyni zamanda “türk tərəfinin və türk şirkətlərinin sanksiyalara məruz qalacağı ssenaridən yayınmağa” çağırır.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Vaşinqton bu məsələ ilə bağlı Ankara ilə əlaqə saxlayır və ona Moskvaya dəstəyin göstərilməsinin nəticələri barədə məlumat verir.

//Samir Qurbanov, Editor.az