ABŞ hava limanlarında rekord sayda odlu silah ələ keçirilibbackend

ABŞ hava limanlarında rekord sayda odlu silah ələ keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il ABŞ-da Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) əməkdaşları tərəfindən hava limanlarının təhlükəsizlik nəzarət məntəqələrində 6542 silah ələ keçirilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə TSA direktoru David Pekoske Associated Press-ə (AP) açıqlamasında bildirib.

ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının əməkdaşları 2022-ci ildə hər gün təxminən 18 silah ələ keçirib. Keçən il ABŞ hava limanlarında tapılan odlu silahların əksəriyyəti silah qanunlarının yumşaq olduğu ştatlarda tapılıb. Ən çox odlu silah müsadirə edilən 10 hava limanından altısı həm Texas, həm də Floridadakı üç hava limanının payına düşüb.

Hazırda ABŞ-da odlu silahların sayı təxminən 466 milyon qiymətində olduğu ehtimal edilir.

//Safura Bənnayeva, Editor.az