Vaşinqtonun Rusiya tərəfindən Ukraynaya ehtimal olunan hərbi təcavüzünə cavabı «nə qədər maksimal sərt» olsa da o, heç vəchlə ABŞ-ın bu silahlı münaqişədə birbaşa iştirakını nəzərdə tutmur.
Bu barədə Ağ Evdəki mənbəyə istinadla, «Associated Press» agentliyi xəbər verib. Onlar təsdiqləyirlər ki, Prezident Co Bayden ordunu Ukraynaya göndərməyəcək – hətta Rusiyanın Ukrayna ərazisinə soxulacağı təqdirdə belə.
«Rusiya-Ukrayna müharibəsində birbaşa iştirakdan imtinanın səbəbi sadədir: Birləşmiş Ştatlar Ukrayna qarşısında müqavilə ödəliyinə malik deyil və Rusiya ilə müharibə bölgədə qeyri-sabitlik potensialını və qorxulu dərəcədə nüvə zərbələri riski mübadiləsini nəzərə alan böyük avantüra olardı» – agentlik yazır.
AP həm də xəbər verir ki, Ukraynada Rusiyaya qarşı müharibəyə müdaxilə etmək ABŞ gücləri və resurslarının əl-qolunu bağlaya bilər və ağır insan tələfatına gətirib çıxarar – hansı ki, Bayden administrasiyası başlıca təhlükəsizlik təhdidi kimi, Çin üzərinə diqqət cəmləşdirməyə çalışır.
Xatırladaq ki, bundan əvvəl ABŞ KİV-də informasiya meydana çıxıb ki, ABŞ Ukraynaya məxfi kömək çərçivəsində ona 200 milyon dollar dəyərində radar sistemi və dəniz avadanlığı verməyə hazırlaşır.

