ABŞ həftə sonu İranı vuracaq – “Wall Street Journal”backend

ABŞ həftə sonu İranı vuracaq – “Wall Street Journal”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bu həftə sonu İordaniyada əsgərlərinin ölümünə görə İrandan qisas almağa başlayacaq

Editor.az bildirir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadən yazıb. Qəzetin yazdığına görə, Vaşinqtonun hədəfləri İranın İraq və Suriyadakı hərbi obyektləri olacaq.

CBS əvvəllər bir neçə gün ərzində həyata keçiriləcək atışların başlanması planının təsdiqindən danışmışdı. Mənbələr bildirirlər ki, Vaşinqtonun tədbirləri “çox qatlı” olacaq və hərbi əməliyyatları sonradan düzəliş edilə bilən digər addımlarla birləşdirəcək.

Xatırladaq ki, Ağ Ev daha əvvəl İordaniyadakı Amerika bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgərinin öldüyü barədə məlumat vermişdi. Media İordaniyadakı bazaya hücum edən pilotsuz təyyarənin İran istehsalı olduğunu bildirib. Bundan sonra ABŞ prezidenti Co Bayden öz köməkçilərinə Tehrana hərbi cavab tədbirləri hazırlamağı tapşırıb.

//Samir Qurbanov, Editor.az