ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Ukrayna danışıqları prosesində əsas məsələ Rusiyadan mümkün güzəştlərin limitlərini müəyyən etməkdir.
O, “Fox News”da çıxış edərək qeyd edib ki, Kiyevin Vaşinqtona münasibəti aydındır və indi “top Moskvanın meydanındadır”. O deyib: “Rusiyanın nəyə razı olmağa hazır olduğunu anlamağa çalışırıq”.
Diplomat bildirib ki, tərəflər hazırda dörd əsas sənədi müzakirə edirlər: 20 bəndlik sülh planı, Ukrayna üçün çoxtərəfli təhlükəsizlik zəmanətləri, ABŞ-dan fərdi zəmanətlər və münaqişədən sonrakı iqtisadi bərpa planı. 19-20 dekabr tarixlərində Mayamidə ABŞ-Ukrayna danışıqları keçirilib. 20-21 dekabr tarixlərində ABŞ tərəfi Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəhbəri Kirill Dmitriyevlə görüşüb.
ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff qeyd edib ki, həm Moskva, həm də Kiyev hərbi əməliyyatlara son qoymağa sadiqdirlər.
//Samir Qurbanov, Editor.az

