Fələstin HƏMAS radikal hərəkatı 2001-ci il sentyabrın 11-də İsraildə ABŞ-da baş verən Qoşa Qüllələrə oxşar hücumun eynisini planlaşdırıb.
Bu barədə İsrail ordusunun ələ keçirdiyi sənədlərə əsasən Washington Post (WP) qəzeti yazıb.
Jurnalistlərin bildirdiyinə görə, terror aktı bir neçə il əvvəl həyata keçirilməli idi. Məkan kimi Tel-Əviv seçilib. Mümkün variantlar arasında HƏMAS 70 mərtəbəli Moshe Aviv Tower və Azrieli Center kompleksini nəzərdən keçirib. Bu binaların yanında İsrail Müdafiə Qüvvələrinin (IDF) qərargahı yerləşdirilib. Sənədlərdə deyilir: “Əgər bu qüllə bu və ya digər şəkildə çökərsə, bu, düşmən üçün Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinin böhranı kimi görünməmiş böhran yaradacaq”.
Nəşr qeyd edib ki, hərəkat üzvləri kobud əraziləri aşmaq üçün döyüş arabalarından istifadə etməyi planlaşdırıblar.
//Gülnarə Abasova, Editor.az

