ABŞ HƏMAS tərəfindən girov götürülənləri pilotsuz təyyarələrin köməyi ilə axtarırbackend

ABŞ HƏMAS tərəfindən girov götürülənləri pilotsuz təyyarələrin köməyi ilə axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Qəzza zolağında HƏMAS tərəfindən girov götürülənlərin axtarışında müşahidə aparmaq üçün pilotsuz təyyarələrdən istifadə edir.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən bildirir. Belə ki, ABŞ girovların tapılmasına kömək etmək və Qəzza zolağı üzərində kəşfiyyat məlumatları toplamaq üçün pilotsuz təyyarələr uçurur.

ABŞ rəsmiləri bildiriblər ki, itkin düşdüyü bildirilən 10 amerikalı Qəzza zolağında girov götürülən 200 nəfər arasında ola bilər. Onların HƏMAS-ın geniş tunel şəbəkəsində saxlanıldığı güman edilir.

//Samir Qurbanov, Editor.az