ABŞ hərbçiləri husilərə məxsus gəmi, qanadlı raket və PUA-ları vurubbackend

ABŞ hərbçiləri husilərə məxsus gəmi, qanadlı raket və PUA-ları vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmən husilərinin hücumlarını dəf etdiyini bildirib. Komandanlığın X sosial şəbəkəsində (keçmiş Twitter) mesajında deyilir ki, ABŞ hərbçiləri üç pilotsuz suüstü gəmi, iki gəmi əleyhinə qanadlı raket və bir PUA-nı vurub.

CENTCOM-un məlumatına görə, hədəflər fevralın 26-da yerli vaxtla saat 16:45-23:45 arasında vurulub. Yerüstü gəmilər və raketlər Yəmənə doğru atılmağa hazırlaşırmış və PUA isə Qırmızı dəniz üzərində məhv edilib.

Xatırladaq ki, Yəmən husiləri tərəfindən kommersiya və hərbi gəmilərin atəşə tutulması 2023-cü ilin dekabrında İsrail ilə Fələstinin Həmas hərəkatı arasında gedən müharibə fonunda artıb. Yanvar ayından bəri ABŞ və Böyük Britaniya Yəməndəki hədəflərə dəfələrlə zərbələr endirib. Sonuncu zərbə fevralın 25-də səkkiz obyektin – yeraltı silah anbarları, raket anbarları, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, radarlar və helikopterin vurulduğu zaman edilib.

//Samir Qurbanov, Editor.az