ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndəki Husilərin hədəflərinə doqquz gəmi əleyhinə raket və iki İHA-nın məhv edildiyini bildirib.
Hərbi bəyanata görə, husilər Ədən körfəzi və Qırmızı dənizə doğru ümumilikdə dörd ballistik raket atıblar. CENTCOM-un X sosial media hesabından verdiyi açıqlamada husilərin yerli vaxtla 14 mart səhər 6:50-dən 15 mart 12:40-a kimi raketlər atdığını bildirib. Komandanlıq aydınlaşdırıb ki, ABŞ və koalisiya gəmilərinə dəyən zərər barədə məlumatı yoxdur.
Qeyd edək ki, Yəmən husiləri 2023-cü ilin noyabrında ABŞ və Britaniya gəmilərinə, eləcə də İsraillə əlaqəli gəmilərə hücum etməyə başladılar. Onlar hərəkətlərini İsraillə müharibədə HƏMAS yaraqlılarına dəstək verməklə izah ediblər. Husilər ticarət gəmilərinə hücumla məhdudlaşmır, həmçinin hərbi gəmilərə də hücum edirlər. ABŞ və Böyük Britaniya sistematik şəkildə geri çəkilir. Son məlumatlara görə, Qırmızı dənizdə gəmilərə edilən hücumlar nəticəsində Yəmən hərəkatının 34 silahlısı öldürülüb.
//Samir Qurbanov, Editor.az

