ABŞ Hərbi Dəniz Qüvvələri Husilərin 24 raket və pilotsuz təyyarəni vurubbackend

ABŞ Hərbi Dəniz Qüvvələri Husilərin 24 raket və pilotsuz təyyarəni vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Dəniz Qüvvələri Yəmənin “Ənsar Allah” hərəkatının atdığı 24 raket və pilotsuz təyyarəni vurub.

Editor.az bildirir ki, bu barədə CNN adları açıqlanmayan iki Pentaqon rəsmisinə istinadən məlumat yayıb. Kanalın həmsöhbətlərindən birinin sözlərinə görə, ABŞ ordusu Qırmızı dənizdə üç esmines yerləşdirib.

Pentaqon bunu son aylarda Husilərin ən böyük hücumlarından biri adlandırıb. Hücumlar nəticəsində xəsarət alan olmayıb və gəmilərə ziyan dəyməyib. “Husi hücumunun bu gün Qırmızı dənizin cənubunda baş verdiyini təsdiqləyə bilərik. Əlavə məlumat əlçatan olduqda təqdim edəcəyik”, – deyə Pentaqon rəsmisi deyib.

Raketlərin və PUA-ların eyni vaxtda buraxılıb-bağlanmadığı bəlli deyil.

//Samir Qurbanov, Editor.az