ABŞ Hərbi Dəniz Qüvvələrinin 67 milyon dollarlıq qırıcısı qəzaya uğrayıbbackend

ABŞ Hərbi Dəniz Qüvvələrinin 67 milyon dollarlıq qırıcısı qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G “Growler” döyüş təyyarəsi Vaşinqton ştatında təlim uçuşu zamanı qəzaya uğrayıb. İki nəfər itkin düşmüş hesab olunur.

Qəza yerinə MH-60S helikopteri ilə axtarış qrupu göndərilib.

Editor.az xəbər verir ki, bu barədə “The Seattle Times” yazıb. Qırıcı təyyarə Rainier dağının yaxınlığında qəzaya uğrayıb. Qəzetin yazdığına görə, təyyarə 130-cu Elektron Hücum Eskadrilyasına təyin edilib. Qəzanın səbəbləri araşdırılır.
EA-18G Growler F/A-18 Super Hornet-in modifikasiyalı elektron döyüş təyyarəsidir və dəyəri 67 milyon dollardır.

//Samir Qurbanov, Editor.az