ABŞ hərbi gəmisi Tayvan boğazından keçirbackend

ABŞ hərbi gəmisi Tayvan boğazından keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın idarə olunan raket esminesi Tayvan boğazından keçib.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasından verilən açıqlamada “Arleigh Burke” sinifli idarə olunan raket esminesi “USS Sampson”un keçidinin beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilən rutin fəaliyyət olduğu bildirilib.

“Gəminin Tayvan boğazından keçməsi ABŞ-ın azad və açıq Hind-Sakit okean hövzəsinə sadiqliyinin göstəricisidir. ABŞ silahlı qüvvələri beynəlxalq hüququn icazə verdiyi hər yerdə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək”, – deyə bəyanatda deyilir.

Keçid ABŞ Hərbi Dəniz Qüvvələrinin bu il Tayvan boğazında ikinci kruiz əməliyyatı idi. Bundan əvvəl “Arleigh Burke” sinifli idarə olunan raket esminesi “USS Ralph Johnson” fevralın 26-da ərazidən keçmişdi.

Çin Xalq Azadlıq Ordusunun sözçüsü Xi Yi gəminin Pekinin ərazi sularından keçməsinə etiraz edib.

Qeyd edək ki, Çin Tayvan adasını və Tayvan boğazını öz suveren ərazisi kimi görür. ABŞ donanmasının bölgədəki naviqasiya və kəşfiyyat fəaliyyətləri iki ölkə arasında gərginliyə səbəb olur.

//Nəzərbəy, Editor.az