ABŞ Hərbi Hava Qüvvələrinin katibi: Çinlə müharibə qaçılmazdırbackend

ABŞ Hərbi Hava Qüvvələrinin katibi: Çinlə müharibə qaçılmazdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frank Kendall ABŞ-ı qüvvələri optimallaşdırmağa və Çinlə silahlı münaqişəyə hazır olmağa çağırıb. Nazir qeyd edib ki, Çin artıq 20 ildir ki, öz hərbi gücünü artırır.

“Biz hələ təcrübəmiz olmayan müharibəyə hazır olmalıyıq. Çin son 20 ildə öz silahlarını sürətlə inkişaf etdirir və indi onlar böyük problemə çevriliblər”, – Kendall bildirib.

Nazir xəbərdarlıq edib ki, əgər ABŞ-ın imkanları “Çinin Tayvana və ya başqa yerə qarşı təcavüzünün qarşısını almaq üçün” kifayət etməzsə, o zaman müharibə başlaya bilər. Bununla belə, Kendall qeyd edib ki, “müharibə qaçılmaz deyil”.

Nazir ABŞ Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrinin modernləşdirilməsinin zəruriliyinə işarə edərək, Çinin kiber sferada informasiya üstünlüyünü təmin etmək üçün nəzərdə tutulmuş aerokosmik və strateji dəstək qüvvələri yaratdığını və təkmilləşdirdiyini açıqlayıb. ABŞ kəşfiyyat agentlikləri qeyd edir ki, getdikcə daha çox Çin vətəndaşı ABŞ hərbi bazalarına sızmağa çalışır.

Son illərdə 100-dən çox belə hadisə qeydə alınıb. Xatırladaq ki, iyulun 29-da ABŞ hakimiyyəti Tayvana Amerika texnikası və hərbi təlimlərin alınması üçün 345 milyon dollar dəyərində qrant yardımı ayırıb. Avqustun 31-də Co Baydenin administrasiyası Tayvana hərbi texnika alınması üçün daha 80 milyon dollar ayırmağı təsdiqləyib.

//Samir Qurbanov, Editor.az