ABŞ hərbi təyyarəsi okeana düşübbackend

ABŞ hərbi təyyarəsi okeana düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Sahil Mühafizəsi göyərtəsində 8 nəfərin olduğu ABŞ-a məxsus hərbi Osprey təyyarəsinin Yaponiyanın Yakusima adası yaxınlığında okeana düşdüyünü açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Sahil Mühafizəsinin sözçüsü təyyarədə olanların təhlükəsizliyi də daxil olmaqla, insidentlə bağlı əlavə təfərrüata malik olmadıqlarını bildirib.

Yerli sakinlər təyyarənin dənizə çırpılması zamanı sol mühərrikinin alışdığını bildiriblər. Yaponiyadakı ABŞ qüvvələrinin sözçüsü isə məsələ ilə bağlı heç bir şərh verməyib.

Qeyd edək ki, ötən ilin avqustunda ABŞ-a məxsus V-22 Osprey hərbi təyyarəsi Avstraliya sahillərində hərbi təlim zamanı qəzaya uğramış, 3 dəniz piyadası həlak olmuşdu.

//Səbinə Hüseynli, Editor.az