ABŞ Hərbi Hava Qüvvələri ötən həftə Yaponiya sahillərində qəzaya uğrayan ABŞ ordusuna məxsus V-22 Osprey təyyarəsinin 8 ekipaj üzvünün hamısının öldüyünü açıqlayıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 29-da Yaponiyanın Yakusima adası yaxınlığında qəzaya uğrayan ABŞ-a məxsus V-22 Osprey hərbi təyyarəsinin ekipajının taleyi müəyyənləşib.
ABŞ Hərbi Hava Qüvvələri təyyarədəki 8 ekipaj üzvünün hamısının öldüyünü açıqlayıb. ABŞ Müdafiə naziri Lloyd Austin 8 hərbçinin itkisindən dərin kədərləndiyini və qəza ilə bağlı araşdırma aparılacağını bildirib. Təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.
Qəzadan sonra V-22 Osprey hərbi təyyarəsindən istifadə edən Yaponiya öz donanmasını müvəqqəti olaraq dayandırıb və ABŞ-dan eyni tipli təyyarələri Yaponiya ərazisinə endirməyi xahiş edib.
Qeyd edək ki, ötən ilin avqust ayında ABŞ-ın V-22 Osprey hərbi təyyarəsi hərbi təlim zamanı Avstraliya sahillərində qəzaya uğramış, 3 dəniz piyadası həlak olmuşdu.
//Səbinə Hüseynli, Editor.az

