“ABŞ hesab edir ki, Rusiya artıq Çinin əlinə keçib, ancaq…”-ŞƏRHbackend

“ABŞ hesab edir ki, Rusiya artıq Çinin əlinə keçib, ancaq…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna müharibəsinin gətirdiyi ölüm və dağıntılar fonunda kimlərinsə Ukraynanın təbii sərvətlərindən danışması təbii ki, qeyri etik davranışdır. Amma çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu müharibə həqiqətən də təbii sərvətlərə nəzarət üzərindədir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov ABŞ-ın respublikaçı senatoru Lindsi Qremin “Ukraynalılar 10-12 trilyon dollar dəyərində minerallar üzərində oturublar” fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ senatorunun qeyd etdiyi 10-12 trilyon dollar dəyərində minerallar dediyi Ukraynanın şərqində Donbas regionundakı metal və kömür yataqları rezervləridir:

“Bura dünyada ən böyük duz yataqları olan Soledarı da əlavə etsək məsələnin maddi tərəfi aydın olur. Təbii ki, bu qədər sərvətin Rusiyanın əlinə keçməsi ciddi maddi qaynaqdır. İnsan ölümləri isə hegemon dövlətlər üçün üçüncü dərəcəli faktordur. Onlar üçün milyonlarla insanın ölməsi geosiyasi mübarizənin tərkib hissəsi, öz güclərini artırmağın bir yoludur. ABŞ hesab edir ki, Rusiya artıq Çinin əlinə keçib. Ukraynadakı təbii sərvətlər də birlikdə mənimsəniləcək ki, bu da onların gücünə güc qatacaq”.

//Gülnarə Abasova, Editor.az