ABŞ “Həyat Təhrir əş-Şam”a və onun lideri Əbu Məhəmməd əl-Culaniyə qoyulan məhdudiyyətləri aradan qaldıra bilərbackend

ABŞ “Həyat Təhrir əş-Şam”a və onun lideri Əbu Məhəmməd əl-Culaniyə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ “Həyat Təhrir əş-Şam” təşkilatı və onun lideri Əbu Məhəmməd əl-Culaniyə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər.

O qeyd edib ki, Birləşmiş Ştatlar bütün sanksiyaları, o cümlədən BMT sanksiyalarını nəzərdən keçirir. Blinken bildirib ki, Suriyada dünyəvi dövlət quruculuğu istiqamətində konkret addımlar atmaq lazımdır, hansı ki, keçid dövrünü yaşayan bu ölkədə seçkilərlə başa çatmalıdır. Siyasətçi deyib ki, Vaşinqtonun birbaşa təmaslar zamanı HTS-dən eşitməsi “müsbət idi”, indi onların əslində nə edəcəklərini bilmək vacibdir.

Blinken vurğulayıb ki, ABŞ HTŞ-nin İŞİD və ya digər terror təşkilatları ilə müttəfiq olmadığına əmin olmaq istəyir.

//Samir Qurbanov, Editor.az