ABŞ hipersəs silahını sınaqdan keçirdiyini açıqladıbackend

ABŞ hipersəs silahını sınaqdan keçirdiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı səs sürətinin 5 qatına çatan hipersəs silahını sınaqdan keçirdiklərini açıqlayıb.

Editor.az ABŞ mətbuatına istinadla xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrindən verilən yazılı açıqlamada bildirilib.

“ABŞ Hərbi Hava Qüvvələrinə aid “B-52H Stratofortress” təyyarəsi 14 Mayda Cənubi Kaliforniya sahillərində “AGM-183A Havadan Havaya sürətli Müdaxilə Silahı”nı (ARRW) müvəffəqiyyətlə atdı”,- bəyanatda deyilir.

Qeyd edək ki, sözügedən silah Lockheed Martin tərəfindən hazırlanıb və yüksək sürətlə dəqiq hədəfləri vurmaq üçün nəzərdə tutulub.

//Gülnarə Abasova, Editor.az