ABŞ hökuməti Hindistana 3 milyard dollar dəyərində PUA satışını dayandırıbbackend

ABŞ hökuməti Hindistana 3 milyard dollar dəyərində PUA satışını dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti Hindistana 3 milyard dollar dəyərində 31 ədəd MQ-9A “Sea Guardian” və “Sky Guardian” pilotsuz uçan aparatının satışını dayandırıb. Sazişin bərpası üçün şərt “Halistan” hərəkatının lideri Qurpatwant Singh Pannuna sui-qəsd cəhdindən sonra məzmunlu araşdırma olub.

Editor.az bildirir ki, bu barədə “The Wire” yazıb. ABŞ Dövlət Departamenti daha sonra sazişi təsdiqləyib. “Sövdələşmə ABŞ Konqresində Pannuna sui-qəsd cəhdinə görə ilişib qalıb. ABŞ nümayəndələri satış prosesinə başlamaq üçün lazım olan qanunvericilik hərəkatını dondururlar”, – nəşrin həmsöhbəti bildirib.

ABŞ Hindistandan Hindistanın Pəncab əyalətinin bir hissəsinin Halistan adlı ayrıca bir əyalət olaraq ayrılmasını müdafiə edən Qurpatvant Singh Pannunun sui-qəsd cəhdini araşdırmasını tələb edib. Nikhil Qupta Pannunu öldürməyə cəhddə ittiham olunur, o, iyun ayından Çexiyada həbsdədir.

Mənbə bildirib ki, ABŞ Konqresi təhqiqatla kifayətləndikdən sonra Hindistana pilotsuz təyyarələrin satışı məsələsinə baxmağa davam edəcək. Vaşinqton əvvəllər bildirib ki, istintaq Hindistan hökumət rəsmiləri də daxil olmaqla, bütün günahkarları məsuliyyətə cəlb etməlidir.

//Samir Qurbanov, Editor.az