ABŞ hücuma cavab olaraq Suriyadakı İran ordusunu vura biləcəyini bildiribbackend

ABŞ hücuma cavab olaraq Suriyadakı İran ordusunu vura biləcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq və Suriya sərhədində ABŞ qüvvələrinə hücumla bağlı ABŞ prezidenti Co Bayden müdaxilə tədbirlərinin hazırlanmasını əmr edib.

Editor.az Politico-ya istinadla xəbər verir ki, təkliflər arasında İraq və Suriyadakı İran hərbçilərinə mümkün hücum daxildir. Pentaqon gələcək hücumların qarşısını mütləq alacaq və Yaxın Şərqdə vəziyyətin daha da pisləşməsinə səbəb olmayacaq cavab tədbirləri üçün müxtəlif variantları nəzərdən keçirir. Bu tədbirlər Suriya və ya İraqdakı İran hərbçilərinin, eləcə də İranın Fars körfəzindəki hərbi dəniz obyektlərinin hədəfə alınmasını əhatə edə bilər.

Qeyd olunub ki, Amerika liderinin təsdiqindən sonra böyük ehtimalla bir neçə gün ərzində cavab tədbirləri görüləcək və müxtəlif hədəflərə dalğalar şəklində hücumlar həyata keçiriləcək. Bildirilib ki, Bayden yekun qərar qəbul olunmayana qədər cavab tədbirləri barədə danışmayacaq. Həmçinin xəbərdarlıq olunur ki, cavab tədbirləri Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər.

ABŞ dövlət katibi Antoni Blinken isə bildirib ki, ABŞ administrasiyasının bölgədəki qoşunlarına və maraqlarına qarşı hücumlara cavab tədbirləri bir neçə mərhələdən ibarət ola bilər, çoxqatlı və uzun müddət davam edə bilər.

//Gülnarə Abasova, Editor.az