ABŞ-ın “B-2 Spirit” bombardmançılarının Yəmən bölgəsində husilərə məxsus beş silah anbarına zərbələr endirib.
Editor.az bidirir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin məlumat verib. Anbarlarda husilərin bütün bölgədəki gəmiçiliyə hücum etmək üçün istifadə etdikləri “bütün növ silah komponentləri” olduğunu söylənir.
“Bu, ABŞ-ın yerin nə qədər dərinliyində olmasından asılı olmayaraq, düşmənlərimizin əlçatmaz olmağa çalışdıqları hədəfləri vurmaq qabiliyyətinin unikal nümayişi idi” –Ostin deyib. Nazirin sözlərinə görə, zərbə üçün “B-2 Spirit” bombardmançılarından istifadə “ABŞ-ın istənilən vaxt, istənilən yerdə qlobal zərbə imkanlarını nümayiş etdirir”.
“Associated Press” qeyd edir ki, “B-2 Spirit” Husilərin hədəflərinə hücum etmək üçün “çox nadir hallarda” istifadə olunur.
Yəmənin “Almasirah” telekanalı müxbirə istinadən xəbər verir ki, ABŞ Saadan şərq ətraflarında Kəhlan və Əl-Əbla bölgələrinə hücum edib. Telekanal dağıntılar və ölənlər barədə məlumat verməyib.
//Samir Qurbanov, Editor.az