ABŞ iki rusiyalıya qarşı sanksiyaları ləğv edibbackend

ABŞ iki rusiyalıya qarşı sanksiyaları ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ iki nəfəri Rusiyaya qarşı sanksiya siyahısından çıxarıb.

Editor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytı yayıb. “Sovcombank” ilə əlaqəsi olduğu iddia edilən rusiyalı Aleksey Panferov 2022-ci ilin martında sanksiya siyahısına daxil edilmişdi.
Rusiyalı Marina Tsareva isə bu siyahıda 2018-ci ilin avqustundan var. Onun sanksiya tətbiq edilən şəxslər siyahısına düşməsinə səbəb kibercinayətkarlıqda ittiham edilməsidir.

ABŞ Ədliyyə nazirliyi bu şəxslərə qarşı sanksiyaların hansı səbəbdən aradan qaldırıldığını açıqlamayıb.

Bir müddət əvvəl ABŞ hüquq-mühafizə orqanları Rusiya əsilli iki vətəndaşın sanksiyalar rejimini pozaraq Rusiya Federasiyasına avadanlıq ixrac etmək ittihamı ilə həbs edildiyi haqqında xəbər yaymışdı. 40 yaşlı Alyaska sakini Sergey Nefedov və 35 yaşlı Vaşinqton ştatının sakini Mark Şumoviç Birləşmiş Ştatlarda qar təmizləyən avadanlıq və ehtiyat hissələri almağa cəhd ediblər və sonra onları Rusiyaya göndərməklə mövcud ixrac məhdudiyyətlərindən yan keçiblər.

//Gülnarə Abasova, Editor.az