ABŞ ilə İran TARİXİ ANLAŞMA ərəfəsində – SENSASİON detallarbackend

ABŞ ilə İran TARİXİ ANLAŞMA ərəfəsində – SENSASİON detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran müharibəsi Hörmüz boğazının nə qədər strateji əhəmiyyətli logistika xətti olduğunu bir daha təsdiqlədi. Hörmüz boğazı kimin əlindədirsə, siyasi-iqtisadi, təhlükəsizlik məsələləri istiqamətində üstünlük də onun əlində hesab olunur.

İran Körfəzi minalamaqla hədələyib: ABŞ-ın adalara hücumuna cavab  xəbərdarlığı

Ona görə də İranın dünya nəhəngi ABŞ ilə müharibədə duruş gətirə bilməsində Hörmüz boğazının xüsusi rolu danılmazdır. Eyni zamanda, bu müharibə həm də cəmi 35 kilometrlik bu dar boğaza nəzarət uğrunda savaş hesab edilir. Musavat-com-un xəbərinə görə, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu müharibənin sonunda ABŞ ilə İran birgə məsələn, “Hörmüz” MMC yaratsa, təəccüblənməmək lazımdır:

“Qurulacaq şirkət boğazdan keçən istənilən tankerdən rüsum alacaq, bu ödəniş 51% ABŞ, 49% İran arasında bölünəcək. Bu payı İran müharibəyə görə dəymiş ziyanın kompensasiyası, reparasiya kimi təqdim edəcək, ABŞ isə növbəti hədəfinə, dünyanın hər yerində logistika mərkəzlərinə, yollara nəzarət etmə hədəfinə bir addım da yaxınlaşacaq. Yəni müharibə bitəndə hər kəs özünü qalib elan edəcək və nə qədər qəribə səslənsə də, hər qalibin də öz məntiqi, öz keçərli arqumentləri olacaq…”.

Xarq Adası uğruna savaşlar başlayacak | Modern.az

Qeyd edək ki, BMT-nin Beynəlxalq Dəniz Hüququ haqqında Konvensiyasının 44-cü maddəsinə görə, boğazlarla həmsərhəd olan dövlətlər tranzit keçidinə mane olmamalıdır. Həmçinin boğazda və ya boğaz üzərindən naviqasiya ilə bağlı onlara məlum olan hər hansı bir təhlükə barədə müvafiq qaydada məlumat verməlidirlər. Bundan başqa, tranzit keçidin dayandırılmasına yol verilməməlidir.

Musavat.com